On il qulluq etdim mən Ələsgərə,Sidqimi bağladım etiqadına.Hər nə desə, qəbul etdim sözünü,Məni də yetirdi haqq baratına.

On il qulluğunda dayandım, dözdüm,Dilindən nə çıxdı, sinəmə yazdım.Qırx beş il dünyanı dolandım, gəzdim,Bələd oldum yerin yeddi qatına.

Yaxşını götürdüm, yamandan qaçdım,Oxudum, sinəmin dəftərin açdım.İyirmi beş yaşında qaynadım, coşdum,Otuz yaşda mindim eşqin atına.

Eşqin səməndini hər yana çapdım,Mərd ilə namərdi axtarıb tapdım.Heç könül yıxmadım, çox könül yapdım,Göz qoydum dünyanın hər büsatına.

Əsəd deyir, ustada son qoyanın,Pünhanda laf edib, özün öyənin,Ustad sözün öz adına deyəninLənət gəlsin onun əsli-zatına!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets