Unudulmaq növbəsi...
Yerdə su, göydə bulud,Tanrının xəyalları,Bir şamın yarpağında sınaqdan çıxır yaşam.Alıb qanadlarına cavabsız suallarıÜrəyimin başına səssiz qonmada axşam.
Yazı könül yarası, qışı üz qarasıdır,Nə elə ərkim çatar, nə də bir xahişim var.Ah bilsəydim məzarım dünyanın harasıdırVə bənim bu dünyada bilsəydim nə işim var?
Haraya axır axsın,Su sabahkı buluddu.Bu günkü cada yoldu dünənki axın yeri.Aldığı nəfəs kimi Vətən məni unutdu,Kimin yadına düşər batan bulagın yeri?
Unudulmaq növbəsi...Mənim də gəldi sıram,Bizi ölümə çəkən zaman arıdı bəlkə.Onu sevmək var ikən kimdən, nədən gorxuram,Hər kəsin qəlbindəki sevgi Tanrıdı bəlkə?
O ovçu, dərt sürəkçi...Varmı bir ümid yeri?Harayacan aparar ilahi vədlər məni?Sevməyə nə qaldı ki dünyada ondan qeyri,Ona tərəf qovmada verdiyi dərtlər məni...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-unudulmaq-novbesi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet.
ز سودای سر زلفش سرم دنگ است و سوداییبیا ای دنگه سر صوفی! ببین تا در چه سودایی
دلیل راه کج از مستقیم می داندحکیم نبض صحیح از سقیم می داند
BaxtımÇevirib yönümü haqq dərgahına,Çağırıram bəlkə, gələydi baxdım.