“Biz indi hardayıq Məmməd İsmayıl” şeirinin müəllifinə.

Yazdın, sorağını aləm eşitdi,Çalınan surdayıq, Sabir Sarvanım.Gözə görünmənin devranı bitdi,Hisdə, şuurdayıq, Sabir Sarvanım.

Üstünü kül basan hər yerdə sirr var.Qəlbinə damdısa, damlada Kür var...Görənə iynənin gözündə nur var,-Elə o nurdayıq, Sabir Sarvanım.

Sınağa çəkilir özlük hardasa,Gözlərdən düşübdü gözlük hardasa.Ağlını azdırma, düzlük hardasaBiz ələ ordayıq, Sabir Sarvanım.

Üç qarış toprağıq, beş arşın bezik.Tanrının torpağa səpdiyi izik.Dağılan ölkədi, şeytandı, bizik,-Buyur buyurdayıq, Sabir Sarvanım.

Ver görüm, verdiyin dəstəyə qurban.Kəsilər sağalan xəstəyə, qurban.Hərə bir arzuya, istəyə qurban,-Biz də bu yurdayıq, Sabir Sarvanım.

Zamanın ələnən ələyinə bax!Elin daşdan çıxan çörəyinə bax.Xalqın üzünə yox, ürəyinə bax,-Görmürsən hardayıq, Sabir Sarvanım?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland