Hele mehebbetim düşüb derbederYollara dikilən bir cüt baxışam.Səninçün hardasa açılır səhər,Mənimçün hardasa qaralır axşam...

Sanki xatirəyə çevrilmişik biz,Çöllərə tökülən yollar, izlərik.Məchul bir arzuyla vurar qəlbimizQuru yalandan da ümid gözlərik.

Həsrətin qəlbimə düşər toxumu,Gün batar, gecə də keçər gecədən.Axşam gözlərimdən qaçan yuxumuSəhər gözlərində axtararam mən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets