Hansı dar boğazdan gəldik dünyaya,Həyat durğun göldə bir tərpənişdi.Bir dəfə boylanıb baxmaqdı aya,Sonra da zamansız geri dönüşdü...

Dur, oyan dedilər qalxdım yuxudan,Bir bəyaz buludun dalınca getdim.Yağmayan yağışdan, axmayan sudanMənə deyiləsi bir söz eşitdim.

Zaman aralıqda qara çizgidi,Ömür keçib gedir bu boş çizgidən.Üz-üzə gecəylə gündüz- güzgüdüBir talə boylanır iki güzgüdən.

Əlləri qoynunda qalan bir ölü,Kimsənin işi yox qalan qalıqda.Üz-üzə dayanıb olumla ölümÖmür can çəkişir bu aralıqda...

Damar cığırlarda soyuyar qanımSevən könüllərin nəydi suçları?Gözümün önündə gocalan canımFikrimin önündə yol ayrıcları.

Mənimlə məndəki mən görüşmədi,Mənə mən deyiləm tanıdılan mən.Heç gəlib burda da yada düşmədi,Orda yaddan çıxıb unudulan mən...

Həyatın anlamı əsirmi sirdəTəzaddı hər şeyin içiylə çölü.Ölən ölüb getməz durduğu yerdə,İnsan unudulan çağında ölür.

Dünyaya gəlməyin özü bir xata,Dilənən diləyin mində biri yox.Arzu məzarlığı ömür arxada,Öndə gediləsi ümid yeri yox..

Ömrün dərd əlindən varmı boş anı,Orda ələmlərin yeri sıx oldu.Nə mən boşanıram, nə o boşanır,Mənə nigahlanan dərd yazıx oldu...

Dünyaya gəlməkdə varmıdı səhvimBu dünya kimləri dərdə salmadı?Dərdə dəyirmançı olmaq görəvim,Nə qədər üyütdüm dərd azalmadı.

Bu da gözlənilən sonuncu bölüm,Atam yox, anam yox, döyüş təkə tək:Yəqin marta yaxın yaz kimi, ölümBir azdan böyürdən çıxıb gələcək...

Zamanın əlində ömür yumağı,Açdımı, sonuna varmaqdı işi;-Ölüm sabahından gələcək baxır,Gecə köynəyində udur keçmişi.

Hayandan yol alır ömrün əvvəli,Hayanda haqqımda yaz qeybət qırır?Bir ucdan kiminsə görünməz əliTükənən illəri mənə saydırır...

Ələndi üstümə ikibir, üç üçbir ,Saçımın dəniylə saydım qışları.

Bələdçi cığırlar alnımdan keçirDüşüb arxasına ölüm quşları...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death