Elə, ürəklər də zirvələr kimiQalsın o əvvəlki parlaqlığında.Böyük sevgilərin çəkin yükünüAraya tikanlı sözlər girməsin.İşıqlı arzular solmasın deyəEvlənən günün sabahı günü-Qoymayın dünyanı adiləşməyə!

“İşıqda kölgə var, kölgədə işıq”Dağ düzdən ucadır, sevinç kədərdən.Ay günün nuruyla tapar yaraşıq,Şafaqla ayrılar axşam səhərdən.İki sevən qəlbin yaxınlığından,Sevinç sıxlığından, işıqlığındanQəm macal tapmasın yada düşməyə,-Qoymayın dünyanı adiləşməyə!

Əriyər buzları məhbbətin dəTutaş kirpiklərin sıx ormanlarıDönər öpülməmiş bir cüt çeşməyə.Yaşayın arzular səltənətindəQaldırın məhəbbət həyəcanlarıQoymayın dünyanı adiləşməyə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love