Balıqçı
Dəniz qırağında var yastı daxma...Gəl, ona məhrəm ol, biganə baxma!Dəniz qırağında bir təknə vardır,Həmdəmi çox zaman göy dalğalardır.Həmin bu təknədə bir baxtı qaraSuların qoynuna çıxır şikara.Xeyli əmək çəkir az səmər görür,O nələr yaşayır, o nələr görür!Neçə yol dənizdə düşdü tufana,Neçə yol əl üzdü ondan zamana.Neçə yol suları o yarıb gəldi,Ölümün ağzından qurtarıb gəldi.Haman söylədiyim yoxsul balıqçı,Ehtiyac əlində o qul balıqçıGecədən sulara yenə tor atdı,Bircə qızıl balıq çəkib çıxartdı.Sevinib dedi ki, bunu satmaram,Yemək allam, edər uşaqlarım şam.O qızıl balığı alıb yönəldi,Sevinib dedi ki, bunu sataram.Qapıya çatmamış o yoxsul insan,Tez kəndin məmuru çatdı dalından.Bir balığa baxdı, bir onu süzdü,Çılğın dalğaların oğlunu süzdü:– Mənim sözlərimə şahid xalıqdır,Bu lap şaha layıq qızıl balıqdır.
Mən də qızıl balıq yesəm hər zaman,Məmur yox, şah belə çıxar yadımdan.– Xeyr, bağışlayın, elə deyildir.– Çapaq da görmədik səndən bir ildir.– Mən sizə hər fəsil pay ayırmışam.– Bəs indi?– İndimi?!– Bəli, bu axşam!Biz də əl tutarıq gələndə yeriBu qızıl balığı gəl ötür bəri.– Al, – dedi – balıqçı, məmur tez aldı;Yenə də körpələr evdə ac qaldı.Məmur vəzinləyib balığı, dərhal,Yönəldi evinə eləyib xəyal.“Ağama bir xidmət göstərim deyə,Aparım balığı şəhridariyə.Çıxarmaz böyüklər yaddan xidməti,Gətirər hər zaman hörmət, hörməti...”Qalxdı fərəhindən göyün qatına,Yönəldi şəhərə, mindi atına.Ağanın evinə yetişən kimi,Sıçrayıb atından o düşən kimi“Şəhridari üçün bəxşişdir...” deyəUzatdı balığı bir xidmətçiyə.Alıb qız balığı dərhal apardı.Yazıq balıqçının qəmli bağrınıKəsdi: bilmədi ki, bıçaqla yardıBixəbərdir, necə duysun ağrını?Şəhridari bu gün nahar çağındaDostunu edirdi qonaq bağında.Vardı umacağı ağanın ondan,Bu qonaq gəlmişdi Vaşinqtondan.O da, məmur kimi, yaltaqlanaraqXidmət göstərirdi. Bu ali qonaqSancıb yaxasına qar kimi dəsmalYeməyə başladı iştahla dərhal...Ətir yayırdısa xuruşlar bağa,Çox ləzzət vermişdi balıq qonağa.Boşqaba yığmışdı sümük bir yığın.Gətirə bilsəydi qızıl balığınYoxsul sahibini o nəzərinə,Görsəydi qeyzini, balıq yerinə –Deməyirəm başqa xuruş dadardı,Yanılıb qorxudan sümük udardı.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-baliqci
Use ← → keys to move, R for a random poem
More by this author
Qapımın altında qazıyıb yeriKişnəyirsən yenə, sahibin hanı?
Yoldaş sənətkarDoğma Vətən, sən böyük sənətkarlar elisən,Sən bir incə rübabın qırılmayan telisən.
PuşkinArabir işvəli, nazlı gözəllərÇiçəkdən başına çələng toxuyur.
Ay qızSən bir açılmalı təzə qönçəsənMən sənin yarpağın olaydım, ay qız!
Poems by other poets
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Çini fincanÇini fincan, sənin sədəf rəngindəQızıllanan səhərlərin şövqü var.
GəlsinOturan ağalar duran qazilər,Lənət bu dünyanın işinə gəlsin