Yoldaş sənətkar
Doğma Vətən, sən böyük sənətkarlar elisən,Sən bir incə rübabın qırılmayan telisən.Nə zaman şair kimi çəkərsəm baş bulağa,Qanadlansam quş kimi Göy gölə, Xaçbulağa,Gözlərimdə ellərin Ələsgəri canlanır,Qarabağda Natəvan, aşıq Pəri canlanır.O yerlərdə sənətin büsatını görürəm,Vidadini, Vaqifi, Nəbatini görürəm.Nə zaman dırmanarsam uca, qarlı dağlara,Hər daşı bir cavahir, şah vüqarlı dağlara,Yamaclarda yüksəlir mərd elimin balası,Koroğlunun sökülməz beş əsrlik qalası.Şirvana getsəm əgər qaldırır bayraq kimiSəkkiz əsrin içindən ölməyən Xaqanini,Gəncə göyə ucaldır Nizamini dağ kimiŞerə ustad, möhtəşəm şairlər xaqanını,Söyləyir sənətimin tarix qədər yaşı var,Dünya həmayilinin məndə çoxlu qaşı var.Nə zaman gəlsəm əgər bağça-bağlı Nuxaya,Keçmişin sitəmindən bağrı dağlı Nuxaya,Dövrəmdə bülbül kimi xoş ötəni görürəm,Böyük Mirzə Fətəli, ilkin səni görürəm;Görürəm, köhnəlikdən edib üsyan, yazırsan,Puşkinin vəfatına gözəl dastan yazırsan.Mən dalarkən xəyala, göy çəməndən, ovadan,Şotanın vətənində aşıq Sayat Novadan,Səndən alır sevinclə bəxtiyar ellər xəbər.Verər ququ quşundan sonalı göllər xəbər.Böyük Mirzə Fətəli, qamçılayıb yağını,Sən açdın ata kimi mehriban qucağınıİnsanlığın yolunda xoş baharlı niyyətə;Dünyanın iftixarı ölməz əbədiyyətə.Bu gün azad ellərin deyir oğlu, gəlini,Bakının ürəyində yaratdım heykəliniEy zəka dünyasında doğan ağbaş sənətkarİzin ver deyim sənə: ölməz, yoldaş sənətkar!
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-yoldas-senetkar
Use ← → keys to move, R for a random poem
More by this author
Gözəl var ki, boyalıdır,Gözəl də var boyasızdır.
GecəGecədir, cəzb eləyir göy məni, hilal məni,Çəkib, çəkib aparır sevgilim xəyal məni.
Mən həmən ağacam, sən həmən baharBir ağac görmüşdüm yol üzərində,Dayanıb dururdu sakit yerində.
OlsunAçıb varaq-varaq oxuyum deyə,Təbiət baharda kitabım olsun.