Olsun
Açıb varaq-varaq oxuyum deyə,Təbiət baharda kitabım olsun.Gəzim aşıq kimi çöldə, çəməndə;Hüsnü vəsf etməyə rübabım olsun.
Canandan söz açım sərim Şinkara,Eşqimin gəlini geysin al xara.Dikib gözlərimi uzun yollara,Yarı gözləməyə qoy tabım olsun.
Əgər görünməsə bulaq başında,Rahim, yaz adını çeşmə daşında.Vaqif tək demirəm on dörd yaşında,Mənim də öz tayım, öz babım olsun.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-olsun
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Anam təlim edən dildə
Mənə lütf eylə, ey saqi, gətir o cami–sərşariKi, ta rəf eyləyim nəştov qarın bu rənci xümmari.
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Dün o gözəllərdəDün o gözlərdə inliyən sevgi,O baxışlarda titrəyən xülya,