Buludlar
Ağ buludlar,dağ buludlar,Ay qalaq-qalaq buludlar,Bir an uzaq getməyiniz.Füzulinin sözü vardır,Bağdadı tərk etməyiniz.Deyirlər ki, ta əzəldənTükənməzdir qüdrətiniz;Azadsınız asimanda,Gəzir dildə şöhrətiniz.Yox, mən sizə bənzətmərəmƏsla şair xəyalımı?Daşıyıram öz qəlbimdəDağdan ağır məlalımı.Siz tufana tabe olubQorxursunuz, hürkürsünüz.Başınızda göy gurlasaGöz yaşları tökürsünüz.Mənsə min yol rast gəlmişəmQasırğalı tufanlara.Baş eymədim şimşəklərdənQorxunc olan sultanlara.Xeyli qadir yaratmışdırGuya çərxi-fələk sizi;İstədiyi səmtə qovur,Mən görürəm, külək sizi,Yox, yox, azad deyilsiniz,Zərbə vurur ruzgar sizə.Mən göylərin qucağındaAd verirəm qubar sizə.Mən həsrətəm azadlığa.Ancaq bilin, səhv etmərəm,Ay buludlar, mən özümüƏsla sizə bənzətmərəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-buludlar
Use ← → keys to move, R for a random poem
More by this author
Bir qara daş vardı yol qırağındaİlin qış çağında, bahar çağında
O mənim yanımdadırBu il biz ayrı düşdük, yar məndən uzaqdadırBəlkə gözəl Bakıda, bəlkə Qarabağdadır?!
Bülbül və şairQəlbimdə qövr etdi yarın həsrəti,Deyib-danışmağı, şirin söhbəti.
Mən nə gətirmişəmBizim bu ellərdə gözəl qayda var:Qardaş qardaşına sovqat aparar.