O mənim yanımdadır
Bu il biz ayrı düşdük, yar məndən uzaqdadırBəlkə gözəl Bakıda, bəlkə Qarabağdadır?!Bəlkə cəbhələrdədir, vuruşur aslan kimi?Hayandadır, bilmirəm; onu bir canan kimi,Mehriban dildar təki arzulayır ürəyim,Onun həsrətindədir arzum, hissim, diləyim.Lakin bu gün uzaqdır məndən eşqin firqəti,Özüm də bilməyirəm nədir bunun illəti?!Nəyə dalsam, eyləsəm hansı bir səmtə güzər.Gözlərimdə canlanır yalnız o nazlı dilbər.O qız çeşmə üstünə bu gün gəlib olmaya?İncə gülüşü sinmiş çağlayıb axan suya?Bu ötən quşun səsi bəlkə onun səsidir,Səbanın təravəti yarımın nəfəsidir?Bunlar həqiqətmidir, yoxsa şirin xəyaldır?Yoxsa məni aldadan şairanə bir haldır?Bilməyirəm, nədənsə sevinirəm ürəkdən,Gözəl yarı yanımda hiss edirəm bu gün mən,Deyirəm: “Nazlı canan könül eyvanımdadır,Yar məndən uzaq deyil, o mənim yanımdadır”.Təbriz, 1944
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-o-menim-yanimdadir
Use ← → keys to move, R for a random poem
More by this author
Bizim yerdə bu adətdir əzəldən,Hörmət olar sənətkara, sevgilim,
Yalan ha deyilDedim: gəl çıxmayaq uca dağlara,Dedi: qorxma-qorxma, duman ha deyil!
KeçdiYenə gülşəndən ötüb gözləri afət keçdi.Yenə şahanə xuram etdi, qiyamət keçdi.
Biri sənsən, biri mənGözəlim, tər qönçəsən göy yarpaqlar içində,Bərabərin tapılmaz yaşıl bağlar içində.