Sevgilim
Bizim yerdə bu adətdir əzəldən,Hörmət olar sənətkara, sevgilim,Mən dönmərəm sənin kimi gözəldənQaşlar qara, gözlər qara, sevgilim.
Siyah tellər gərdənində görünür,Könlüm kimi həsrətinlə sürünür.Can sarayı nəşələrə bürünürSən çıxanda çəmənzara, sevgilim.
Şümşad baxar, həsrət çəkər əlinə,Əttar aşiq mixəyinə, hilinə;Qənd heyrandır şirin-şəkər dilinə,Dağ çəkirsən dağda qara, sevgilim.
Qulac-qulac hörüklərin ilandır.İncimirəm, sal boynuma dolandır,Biz gedirik, qoca dünya qalandır,Rahim qurban nazlı yara, sevgilim.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-sevgilim-2
Use ← → keys to move, R for a random poem
More by this author
Gözəl qız, nədən mənə etina etməyirsən,Neçin belə soyuqsan quzeydəki qar kimi?
O yanırdıŞair bahar çağındaQapadı gözlərini öz ana torpağında.
Quba yaylağıŞəhərin səs-küylü küçələrindənGəldinmi qoynuna yaşıl bağların?
Ayrıdır yollarımızSən keçirsən qürurla yetkin bir maral kimi,Mən, dayanıb baxıram məlul-məlul, lal kimi,