Sən keçirsən qürurla yetkin bir maral kimi,Mən, dayanıb baxıram məlul-məlul, lal kimi,Sənin yaşın iyirmi, mənim sinnim əllidir,Baxışların ruhuma sadəcə təsəllidir.Sən parlaq günəş kimi süzürsən iftixarla,Mən baxıram dalınca ürək dolu qubarla.Məni mat qoyan gözəl,Ya sən əlli il əvvəlGələydin yer üzünə,Ya da mən otuz il gec.Söhbətinə, sözünəAsıram indi qulaqHəsrətlə, a gülyanaq!Bülbül kimi ötürsən, keçirsən maral kimi,Mən səni seyr edirəm məlul-məlul, lal kimi.Neyləyim, sevimli qız,Məhəbbət dünyasındaAyrıdır yollarımız...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets