Bilir yaşıl çəmən, çiskinli dərəMən çoxdan aşiqəm gözəlliklərə.Demişəm, deyərəm yenə yüz kərəVurulmuşam sizə dağlar, a dağlar!

Min ləzzət almışam axar-baxardan,Zirvələr məskənim olmuş hər zaman.Qalalar yadigar qoç Koroğludan,Əziz xatirələr saxlar, a dağlar.

Dəlir asimanı qarlı başınız,Vaxt olur çatılır kaman qaşınız.Yaxşı bilsin bunu yar-yoldaşınızSinəmdə eşqiniz çağlar, a dağlar.

Yolçu qüzeylərə yaxşı nəzər sal!Qarlı zirvələrə qalxıb ilham al!Bir yol üstünüzdə uçmasa qartalQayalar dil deyib ağlar, a dağlar!

Görüb qışınızı, baharınızı,O həlim, amansız rəftarınızı,Rahim vəsf eləyir vüqarınızı,Yetirsin səsini dağlara dağlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love