Yenə qonub şax budağaNə sızlarsan belə, bülbül?Vəfasızdır yarın sənin,Yanıb dönmə külə, bülbül!

Hər bir bağın bağbanı var,Hər aşiqin dövranı var,Hər bağçanın reyhanı var.Rahimin öz cananı var,O bənzəməz gülə, bülbül!

Öz meylini salmış xara,Etmiş səni bəxti qara,Aşiq olub dönük yaraDüşmə dildən-dilə, bülbül!

Dövranımın şən çağındaÖtmə qəmli gül bağında.Vəfasızın sorağındaÖmrü vermə yelə, bülbül!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love