Xalq havasıOğlanAy gözəl gedək gəzməyə bağa!Qoy bir az baxım o gül yanağa.QızYanaqlarımı neylərsən, oğlan,Dağlarda çiçək görməmisənmi?OğlanAy qız, sevmişəm gül camalını,Bir insaf elə göstər xalını!QızOğlan, gəl burax xam xəyalını,Məgər hil, mixək görməmisənmi?OğlanSən, bizim eldə bir nazlı dilbər,Səbrim qalmadı, qaşını göstər!QızOğlan, qaşımı neylərsən, məgərGecələr hilal görməmisənmi?OğlanXurma dodağın dərdlərə dərman,Onlardan mənə, bir busə, canan!QızDodaqlarımı neylərsən, oğlan,Məgər beçə bal görməmisənmi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring