Çapıb həyat eşqininYel gedişli atında,Uçuram ulduzlaraFərəhin qanadında.Sevincimdən bu sonsuzKainatı qucuram,Nurlu kəhkəşanlarınAləminə uçuram.Gedirəm asimandanQonaq dəvət eləyim.Uzaq səyyarələrdəAçıq söhbət eləyimŞanımdan, şöhrətimdən,İnsanlıq şərəfimləDərya məhəbbətimdən,Minillik səltənətdən.Bir gündə yıxdıq çarı.Çoxdan əlimizdədirSəadətin açarı,Ağ günlər sevdasiləSakit həyat qurmuşam.Nişan alıb gözündənDüşmənləri vurmuşam.Səsim bəşəriyyətinFərəh dolu səsidir.Bu təntənəm bəxtiyarİnsan təntənəsidir.Firavanlıq istəyim,Arzum gülür mənim də.Əbədiyyət baharıGül açmış vətənimdə.Qonaq gəlir süfrəməİnsanlar yığın-yığınArxasıyam əzəldənDostluğun, qardaşlığın.Əlimdə ağ günlərinBəxtiyarlıq camıdır.Başladığım təntənəİstiqlal bayramıdır.Bayramıdır şadlığın,Əbədi azadlığın.Əsarətin qırılmazZəncirini qırmışıq.Azadlıq bayrağınıGöylərə qaldırmışıq.Məhrumiyyət canitəkQaçdı məmləkətindən.Dünya danışır indiMənim ləyaqətimdən;

Əbədi şüarımdırİnsana hörmət mənim.Yer üzünün fəxridirQurduğum dövlət mənim.

Çapıb həyat eşqininYel gedişli atında,Uçuram ulduzlaraFərəhin qanadında...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets