Xalq nağılı

Çağırıb Məcnunu Harun-əl-rəşidDedi: “Sözlərimi, ey aşiq, eşit:Könlünü vermisən adi bir qıza,Düşmüsən çöllərə divanələr tək.Salmısan özünü dilə, ağıza;Yanırsan odlara pərvanələr tək.Leyli dedikləri qapqara qızdır;Mənim kənizlərim gözəldir ondan.Halına yanmayır, çox insafsızdırQayıt bu mənasız eşqin yolundan.Könlünü üzməsin bu möhnət, kədərYetər, üz verməsin qüssə, qəm sənə.Mənim sarayımda var şux gözəllər,Hansını xoşlasan verərəm sənə”.

Məcnun hökmdarı sakit dinlədiSonra öz fikrini bu sayaq dedi:Leylini duymağa, ey şahım, ancaqOna gəl Məcnunun gözlərilə bax.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets