Yoxdur bu dünyada məndən bəxtəvər
Eşitsin kainat verirəm xəbər:Yoxdur bu dünyada məndən bəxtəvər.Nəsibim şadlıqla sevincdir ancaq,Ömrümə çox bahar qismət olacaq.Başımın üstündə göy asiman var,Yanımda sevgilim, bir də cahan var.İtirsəm dünyanı bir səhər, nə qəm,Sən varsan, deməli fikir etmərəm.
Əgər bir gün səni itirmiş olsamHər şey mənim üçün məhv olar tamam.Sevgi çəmənini duman, qar alar,Həyat gözlərimdə sönər, qaralar.Çünki səninlə mən kama çatmışam.Sevinc ulduzuna kəmənd atmışam.Sən ki, mənimləsən, ey təzə çiçək,Mənimlədir bütün bir dünya demək.Sən qolumun gücü, gözümün nuru,Odlu həyatımın enməz qüruru.Eşitsin kainat verirəm xəbər:Yoxdur bu dünyada məndən bəxtəvər.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-yoxdur-bu-dunyada-menden-bextever
Use ← → keys to move, R for a random poem
More by this author
Dedim vətən adlı bir işvəkara:“Bu nədir geymisən yenə al, xara?
Qız, xaliqin öləydiSaldı qara gözlərin neçə aşiqi bəndə,Qız, xaliqin öləydi səni xəlq eləyəndə,
PillələrAğır-ağır qalxıram pillələrlə yuxarı,Saralıb solmaqdadır ömrün axar-baxarı;
Meşə həsrətiƏzəmətli ağacdım, tufan kimi əsdilər,Bir gün məni kəsdilər.
Poems by other poets · Nature and spring
که به یک غمزه توان برد دل آسان از من
Dənizin cinayətiGörməyə gəldik səni biz uzaq ölkələrdən,Aman, ey Qara dəniz! Bu tatlı görkəmlə sən
QayıtdıBir maral baxışlı, tərlan cilvəli,Gəlib məni gördü, güldü, qayıtdı.
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları