Pillələr
Ağır-ağır qalxıram pillələrlə yuxarı,Saralıb solmaqdadır ömrün axar-baxarı;Gedirəm yavaş-yavaş, elə bu vaxt yanımdanSürətlə gəlib keçir xeyli cavan bir oğlan.Mən onunçün kölgəyəm, mən onunçün qaraltı.Zərif yel nəğməsini oxuyur dodaqaltı.Durub nəfəs dərirəm, yol çatmayıb yarıya.Nəzər salıram geri,Görürəm ceyran kimi sıçrayıb pillələriEnir cavan, mən isə qalxıram yuxarıya.O, düşərkən aşağı nəşəli nəğmə deyir,Mən yuxarı qalxıram, könül qüssə, qəm yeyir.Pillələr, daş pillələr!Qalxıram üstünüzdən yavaş-yavaş, pillələr!Düşünürəm bir müddətHəyat pillələrində bambaşqadır vəziyyət.Orda mən aşağıya enirəm, cavan oğlunOx kimi yuxarıya süzüb keçir yanımdan.Yüksəlir çox fərəhlə həyat pilləkanında;Tək deyil, qara gözlü bir qız da var yanında,Xəbərsizəm cavandan, bilməyirəm o kimdir.Bəlkə elə bu oğlan mənim öz gəncliyimdir?Baxıram arxasınca, ah çəkirəm dərindən,Mən enirəm, o qalxır həyat pillələrindən...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-pilleler
Use ← → keys to move, R for a random poem
More by this author
Gecədir, cəzb eləyir göy məni, hilal məni,Çəkib, çəkib aparır sevgilim xəyal məni.
Mən həmən ağacam, sən həmən baharBir ağac görmüşdüm yol üzərində,Dayanıb dururdu sakit yerində.
OlsunAçıb varaq-varaq oxuyum deyə,Təbiət baharda kitabım olsun.
CeyranGözəllər gözəli görmək istəsənBizim Muğana gəl, ara ceyranı.
Poems by other poets
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Şuşanın yollarıHər yanda bir məclis qurulub gedir,Buz kimi bulaqlar durulub gedir.
Həsənin ölümüBir səhər,kəndə yayıldı acı bir xəbər:
Nə qəmim var cahan icrə bənim, yar bənimNə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.