Saldı qara gözlərin neçə aşiqi bəndə,Qız, xaliqin öləydi səni xəlq eləyəndə,Kamına çatmayaydı,Səni yaradırdısa, məni yaratmayaydı.Nə ad verim hüsnünə, dağlardakı qarmısan?Ömrə əsən sərin meh, zəhərli ruzgarmısan?Sənə mələkmi deyim? Görməmişəm mələyi.Sənmi dolandırırsan, söylə, çərxi-fələyi?Bu necə yaraşıqdı, bu nə sayaq bədəndi?

Qız, vücudun nədəndi?Nəyə oxşadılıbdı yarananda bu qamət?Hardandı bu təravət?Sən bahar fəslisənmi?Leylimi, Əslisənmi?Yoxsa adın Şirindi?Şirinliyin ətirli şəkərdən də şirindi!Süsənbər, ağ yasəmən səndən təzə-tərmidir?Vücudun mərmərmidir?Sənə axar su deyim suyu dayandırarsan.Atəşmi adlandırım? Alovu yandırarsan.Saldı qara gözlərin neçə aşiqi bəndə,Qız, xaliqin öləydi səni xəlq eləyəndə,Kamına çatmayaydı,Səni xəlq edirdisə, məni yaratmayaydı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets