Coşqun çayın qırağındaSadə, zəhmət adamlarıİşləyirlər səhər çağı,Çalışırlar gecə yarı.

Kür oynayır köhlən kimi,Ləngər vurur yatağında,Ehtiramla gəlir diləBir işçinin qabağında:

“Sən bilirsən sözlərinəİtaətlə baxdığımı,Hansı yana əmr eləsənTez yönəlib axdığımı.

Ancaq mənə yol verməyirBozdağ, azca dardır yerim.Sığışmayır bu məcrayaMənim oynaq ləpələrim”.

İnsan oğlu ehtişamlaCavab verdi: “Məzəli Kür,A yurdumun, iftixarı,Yaraşığı, gözəli Kür!

Təki məndən vüsət istə,Mən də sənə qanad verim.Vüsət istə, sürət istə,Canlandırım, həyat verim.

Mən, genişlik xoşlayıram,Torpağımın yoxdur sonu.Başa çıxmaz nə küləklər,Nə çağlayan çaylar onu.

Sözüm yoxdur, qoy yatağınArzum kimi geniş olsun;Yol açaram, Kürüm, sənə –Yoxuş olsun, eniş olsun.

Meydanımı gen elərəm,Gəl Bozdağa baxma, Kürüm!Sən də göstər himmətini,Gəl mənasız axma, Kürüm!”

Kür söylədi: “Mən razıyam!”İnsan aldı monitoru,“Bacarırsan, Bozdağ, – dedi, –Gəl özünü indi qoru!”

Borulardan şığıdı su,Daş uçuldu, dağ söküldü.Fərəhlənib əməlindənO qəhrəman baxdı güldü.

Şair süzdü sahildəkiBizim sadə vətəndaşı,Az qaldı ki, fərəhindənBuludlara dəysin başı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets