Ümidlə yaşa
Kağız almayırsan xeyli zamandır,Sıxır ürəyini bir qara möhnət.Bilirəm, bilirəm, halın yamandır,Deyirsən: “Mənimki beləymiş, əlbət!”
Gecələr dərdlənib, ey qəmli dilbər,Baxırsan balana öz yatağında.Düşür yanağından ilıq incilər,Solur bənövşələr ömür bağında.
Deyirsən: “Bixəbər yatan, ay bala!Sənin indən belə adın yetimdir.Vurulmuş cəbhədə atan, ay bala,Gözümdə məhv olan məhəbbətimdir”.
Sən ey cavan gəlin, mehriban bacı,Nahaqdır çəkdiyin bu işgəncələr.Gün olar yoldaşın – başının tacı,Cəbhədən qayıdıb salamat gələr.
Gəl yetim söyləmə əsgər oğluma,Qaraltma boş yerə, gəl öz qanını.Ümidlə göz dikib yarın yoluna,Gözlə iftixarla qəhrəmanını!..
Namusla yaşayıb əzəl binadan,Bizim bu ellərin qızı, gəlini;Gərək tab gətirsin hər dərdə insan,Gəl nahaq yarından üzmə əlini!
Məktub almasan da indi, ey pəri!Bir gün müjdələyər uşaqlar səni.Sonra yar qapıdan girib içəri,Boynuna qol salar, qucaqlar səni.
Ümid insanlıqla doğulub qoşa;Şirindir olduqca ümidin dadı.Əsrin Həcəri ol, ümidlə yaşa,İnsanın ümidlə gülər muradı.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-umidle-yasa
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Bu millətin dərdi-səriNəhrləri döndər belə haqqa sarı,Haqq qapısın açmır, atam, haqq açarı.
Mən oldumÇərxin yaman gərdişindənƏcəb sərgərdan mən oldum