Deyə bilmirəm
Deyirəm ki, səni gördüyüm zamanÜstünə gül-çiçək səpəcəyəm mən.Deyirəm ki, səni görəndə, canan,Söz açaram təmiz məhəbbətimdən.
Sən, bahar çağında yaşıl çəməndə,Ətir saçan zaman qızıl gül kimi,Coşmaq istəyirəm fərəhlə mən dəBaharın aşiqi şən bülbül kimi.
Elə ki, qarşımda görürəm səni,Tutuluram yaman, niyə, bilmirəm?!Nədənsə bu sadə bircə kəlməni –Sevirəm sözünü deyə bilmirəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-deye-bilmirem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Neyləmişəm, incimisən
Neyləmişəm, incimisənYenə ey gülbədən məndən?
A zalımMəgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım
Sərv qaldı cilvədən sərvi-xuramanım görübSərv qaldı cilvədən sərvi-xuramanım görüb,Gülməz oldu gül daxi gülbərgi-xəndanım görüb.
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.