Sən ey kolxoz bağındaTəzə meyvə dərən qız.Səbətlərə doldurubŞəhərə göndərən qız!

Torpaq günəşdən artıqHəyatı səndən alır.Tər meyvəli ağaclarŞəfqətinlə ucalır.

Axı bircə dənəsənŞən qızların içində.Ay gözə tez görünərUlduzların içində.

Heyran olmuşam sənə,Əllərin nə itirdir!Elə bil ki, sürətinİldırım sürətidir.

Qızlarla bar dərəndəSəhər kolxoz bağından,Üzülüb yerə düşdüBir alma saplağından.

Onu tez götürüb sənAğ önlüyünlə sildin.Zəhmətinin barıdır,Belə qədrini bildin.

Mən də baxıb söylədim:Qəlbim alma olaydı,Onu, öz əlləriləMehribanca alaydı,

Budaqlara qayğısıUzun ömür verən qız.Baxdıqca doymadığımBağda alma dərən qız.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets