Dünən çıxdıq dağ döşünə qol-qola,Saldım səni cəbhələrə mən yola.Dedim: yurdun bağrı, başı yaradır,Xain düşmən gör bir nələr yaradır,Sən yağını didərgin sal yuvadan,Əskik olmaz ömrün xeyir-duadan.Versən əgər Vətən üçün qolunu,Gözləyərəm intizarla yolunu.Yox, əgər ki, ayağını itirsən,Qoltuğunda əsa həyətə girsənMən qoluna dayaq ollam, sevgilimGecə-gündüz oyaq ollam, sevgilim!İstəmərəm yel də ötsün yanından,Günə, aya həsrət qalsan, o zamanGözlərinin nuru ollam mən sənin.Yaxşı qoru ismətini Vətənin!..

Qorxaqlara namus, qeyrət ar olar,El içində köç-külfəti xar olar.Hər dərdinə tab gətirrəm mən sənin,Ancaq inan yerə girrəm mən, səninDanışmasa ellər əgər şanından;Namərd qorxar bircə qaşıq qanından.Sən Vətənə şan-şöhrətli dönəndə,Qızıl ulduz parlayanda sinəndəYollarına gül səpərəm, sevgilim,Utanmaram mən öpərəm, sevgilim,Onda sənin yol üstündə üzündən,İbrət götür babaların sözündən.Namərd oğul el başına dərd olar,Mərd atadan doğan oğul mərd olar!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland