Bir həqiqət olaydı
İpək parça əlində,Yerin göy budaq altı;Oturub işləyirsən,Arabir dodaqaltıİncə nəğmə deyirsənSən ləzzət alan zamanƏlvan naxışlarından,Mən də zövq alıb səninXumar baxışlarından,Qapınızdan keçirəm;O gözəldə həyatınSevincini içirəm.Gözlərin nə aladır!Gözlərin piyaladır,Sadə qız!Azadə qız!
Kaş bizim bağça-bağdaParçanı toxuyaydın.Yerin göy budaq altı,Arabir dodaqaltıQuş kimi oxuyaydın.Sən mənə yar deyəndəMən sənə can deyərdim.“Nə var, anam gəlini,A mehriban!” deyərdim.Aramızda belə birSevgi, hörmət olaydı:Kaş ki, bu arzularımBir həqiqət olaydı!
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-bir-heqiqet-olaydi
Use ← → keys to move, R for a random poem
More by this author
Çapıb həyat eşqininYel gedişli atında,
Sağ ol, neftçi qardaşımDünən zəng vurdum sizəTəbrik etməkdən ötrü qarşıdan gələn ili.
Məhəbbətin varsaBəyəndiyin yola sən yönəl etiqadla get,Xətər gəlməz adına,
Xəyallar aləmindəOturub göyərtədə cavan mühəndis yenə,Papiros çəkib, baxır Xəzərin sinəsinə.
Poems by other poets
Bir gözəllə əhdi peyman edəndə,Gərək yarın səngi-dağa çəkməyə.
MəktəbdəQonşumuzun oğlu Muradı, ata,Qoydu keçən gün atası məktəbə.
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,
SoxtalarAləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar