Mən səni sevmişəm hər şeydən əvvəlSənə bağlamışam ürəkdən əməl...Sənin həyatını qorumaq üçünAğır cəbhələrə getmişəm bu gün.Ey gözəl yurdumun dilbər gəlini,Ümidim üzməyir səndən əlini!

Sanıram hər yanda olsam mən yenəArzumun gözləri rast gələr sənə.Eşqinlə çalınır könlümün simi,Döyüşdə bir şəfqət bacısı kimiDeyirəm önümə çıxarsan mənim.Gülüb əllərimi sıxarsan mənim.Yuxuda çəkirəm bəzən adını,Xatırladır mənə sözlərim səni.Mən itirməmişəm etimadını,Axtarır görməyə gözlərim səni.Sən çıxdın önümə dağda, aranda,Sənsiz bu könlümün yoxdur aramı.Döşümü süngüylə düşmən yaranda,Yenə sən, deyirəm, bağla yaramı.Eşqinlə bağladın ömrü dövrana,Mehriban elədin həyata məni.Sənsiz zənn edərəm düşdüm zindana,Çağırsalar əgər nicata məni.Coşsa da gurlayan vəhməli toplar,Yenə mənim eşqim tutacaq qərar.Cahanda gəlməzsən rast bir qüvvətəKi, boyun əydirsin o məhəbbətə.Sən mənim ruhumsan, ülviyyətimsən,Sağ olduqca səni anacaq könül;Odların içində olsam da bəzənSəni öz yanında sanacaq könül.Ölərəm, dönmərəm bu yoldan geri,Sənsiz günüm qara, eşqim yetimdir.Ömrün sənsiz keçən dəqiqələri,Sanıram ən böyük fəlakətimdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love