Böyültmüş olsa da bu cahan biziBəzən cəzb eləyir asiman bizi.Gözəl xəyalların qanadlarındaSüzürük göylərin üst qatlarında.

Yenə yüksəlirik uca göylərə,Vida eləyirik anamız yerə.Hələ uzaqdadır bulud dağları,Görünür sevimli Bakı bağları.Elə bil ki, Xəzər bir ovuc sudur.Göy çəməndə yatan körpə quzudur.Qalxa bilmədiyim yüksək təpələrMəndən aşağıda, alçaqlardadır.Qafqazın dağları yumruğa bənzər!Yenə zirvələri qalın qardadır.Uçur təyyarəmiz daha yüksəyə,İndi buludlardan ucadayıq biz.Bu sakit aləmi seyr edək deyəUçuruq səmanın sərinliyində,Dikilir boşluğa nəzərlərimiz,Varsa da göylərin öz şeriyyəti.Uçuruq boşluğun dərinliyində,Qəlbimizdə yerin eşqi, həsrəti...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring