Dolaşıram təbiətiÖz-özümə heyran kimi,Yerə bağlı, göyə vurğunBir alıcı tərlan kimi.Ellər çıxıb göy çəmənəYamaclarda seyrandadır;Qalxır könül buludlara,Yüksəklərə, cövlandadır.Hara getsəm könlüm, gözümİnsandadır, insandadır!Nədir belə dalğalanırQabağımda ümman kimi?

Ağacların kölgəsindəO çalınan tara baxın!Yaşılbaş sonalar kimiSüzün nazlı yara baxın!Hər parçası bir mənzərəƏlvan yamaclara baxın!“Yar-yar” deyən xanəndəninBu çəkdiyi cara baxın!Hər dəstə bir əl toğlusu

Kəsib asdı dara, baxın!Hansı dövran, hansı əyyamOlmuş bizim dövran kimi?Deyirəm ki, sağ olaydıMaralyanlı aşıq Pəri,Vaqif, incə QarabağınKəlağaylı gözəlləri;Unutdurub xan çobanaSürdüyü qara günləri,Bir də qalxıb XaçbulağaAlıb aşıq ƏləsgəriGətirəydim bu yerlərə:İsa bulağından geriMəclis quraydım TurşsudaŞairə Natəvan kimi.

Uca dağlar büsatdadır,Söz bir yanda, saz bir yanda;Elə bil ki, baxır yola,O xan qızı Natəvan da.Deyir: “Səbrim tükəndi, yar,Yox taqətim quru canda,Görməmişəm əhdə vəfaYer üzündə bir insanda;Neçin oldu sevinc haramHəyat adlı bu zindanda?Nə tutqundur iqbalımızQara üzlü duman kimi?!”

Qoy daşları yarıb çıxanBu mirvari sellər desin,Ağacların kölgəsinəSeyrə gələn ellər desin,Gözəllərin bu açdığıŞirin-şirin dillər desin,Bülbüllərin məşuqəsiXumar gözlü güllər desin,Dilə gəlsin aşıqlarınSazındakı tellər desin,Bu ellərin dünyasından,Bu dəsgahdan insan kimi.

Ellər gələr hər tərəfdənBizim İsa bulağına;Qarmon susar, ney dil açarGözüm İsa bulağına;Gəldim şair Vaqif kimiÖzüm İsa bulağına,Qoy şerimi inci kimiDüzüm İsa bulağına;Dinləsin el, vardır mənimSözüm İsa bulağına;Nə zamandan axar beləBir sonu yox karvan kimi.

Bilirəm ki, xanlar bizimYurdun nəyi var, taladı.Qoşun çəkdi dönə-dönəQan tökdü Qacar, taladı,Var bilmədi, yox bilmədi,Ver söylədi çar – taladı;Sevgilimin növrağınıÇaldı, yasarlar taladı;Dolu döydü təpəsindən.Vurdu çovğun, qar taladı;Ellər ömür sürüb durduÖz yurdunda mehman kimi.

Mən əzəldən bildirmişəmEl qeydinə qaldığımı.Unutmadım günlər boyuŞənliklərə daldığımı.Şerə düzdüm xalqımızınBayramından aldığımı.Azad insan yaxşı bilirAləmə şur saldığımı.

Ürəyimin tellərindənBir saz qurub çaldığımıQoy dinləsin yurdum mənimBir ölməyən dastan kimi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland