Göy söyüd ondan ötrüŞaxlarını gərməyir,Arxaların üzərindəBoy atıb göyərməyirKi, səhər, axşam çağı –Narın yağış, sərin mehOlsun əziz qonağı.Doymayır göy söyüd dəAşiqin söhbətindən,Bahar fəslində artıqİnsan məhəbbətindən,İnsan hərarətindənQüvvət alır, güc alır,Göy üzünə ucalır.Bəli, o göyərir ki,Sənə kölgə verir ki,Eşitsin söhbətini;O bilir dəyişməzsənBircə gün olsun da sənTəmiz məhəbbətiniDünyanın sərvətinə,Bahar təravətinə.Kölgəsində yer verir,Səni eləyir qonaqKi mənalı sözünəO dəxi assın qulaq...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring