İnsan qəlbi kaşanədir,Pəncərəsi, tavanı qar.İnsan qəlbi imarətdir,Aynabəndi, eyvanı var.

Bu eyvanın qapılarıSaf duyğuya açıq olur.O binaya zaman-zamanƏməl adlı işıq dolur.

Söz açmışam bu nəğmədəYaxşı insan ürəyindən.O insan ki, yer üzünəNur saçılır diləyindən.

Əridir öz həyatınıSəndən ötrü gilə-gilə.Qəlbi onun qapalıdırBöhtanlara, fitnə-felə.

Orda yoxdur bir guşə dəYaltaqlığa, yamanlığa.Orda nəğmə əsgər kimiKeşik çəkir insanlığa.

Bu otağın pəncərəsiAçıq olur al səhərə.Hərb allahı o binadaHökm etməmiş bircə kərə.

İnsan qəlbi kaşanədir,Pəncərəsi, tavanı var.Orda üçlük məclis qurubTar-qavalı kamanı var...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets