Bakı
Xəzərin sahili,gecə yarıdır.Həmdəmim yurdumun insanlarıdır.Əziz gəncliyimin doğma şəhəriMəni cəlb eləyir axşamdan bəri.Mümkünmü şairə baxıb dalmamaq?Mümkünmü Bakıdan ilham almamaq?Önümdə oynaşır xırda ləpələr,
Xəzər sahilində Xəzərəm, Xəzər...Baxıram – göylərdə alışıb yanan,Bakının üstündə qalxıb boylananAy deyil, gün deyil, qəlbim, canımdır;Mənim könül adlı kəhkəşanımdır.Onu qaldırmışam, qızıl Bakıya.Gecələr sübhədək nur saçsın deyə...Dolanıb gəzirəm axşamdan bəri,Baxıb seyr edirəm imarətləri.Gör nə gözəl, incə naxışları var!Həvəslə işləmiş, mahir sənətkarQəlbidir, daş deyil divarda, tağda;Onun sevincidir hər bir otaqda.Bəzəsin yurdumu öz əlim deyə,Qaldırsın Bakını əməlim deyəQuşlardan daha tez qalxıb ayağa;Dərdi zəncirləyib salan dustağaO neft ustasıdır: gənc Ağasəfdir.Təbiət bir tərəf, o bir tərəfdir.Həvəslə işləmiş, mahir sənətkarDinləyir quyunun nəm torpağını:Buruğun içindən müntəzəm gələnQəlbinin səsidir, deməsəm də mən,Bunu balta səsi, sanma, oxucum!O, yerin altına eləyir hücum.Torpağın altından gələn səsidir,Odlu ürəyinin döyünməsidir.Bakı! Eşidirsən daim oğlunu,Məndən də yaxşıca duyursan onu...Bu qız mühəndisdir, adı Gövhərdir,Fikri, düşüncəsi aydın səhərdir.Bakıya ruh verir onun hünəri,Əsrin çırağını onlar yandırır,Səadət bayrağı dalğalandırır.Bu da çilingərdir, gedir zavoda.O, səməndər kimi aşiqdir oda...Fikri, düşüncəsi yeni dəzgahdır,
Bu gün düşündüyü aydın sabahdır.Maşınlar deyildir, tez-tez işləyənSən özün bilirsən, deməsəm də mənZamanın nəbzidir vurur müttəsil.Bakı, gözəl Bakı, gələcək nəsilBəxtiyar bir həyat yaşamaq üçünO, belə fədakar çalışır bu gün.Bu da qəhrəmandır, aslan ürəkli,Gedir, gen sinəsi bərli-bəzəkli.Sözüm dan yerinin nurundan aydın,Bakı, o zaman ki, cəbbəxanaydın,Qoruyurdu səni bu qəhrəman da.Övlad arxa durar ağır zamanda.O, dostluq eləyir parlaq zəfərlə,Qardaş yaranmışdır aydın səhərlə.
Ruhumu oxşayıb gəzir sübhədəkNəğmələr halında coşqun bir ürək,O sənət övladı bəstəkarındır,Ağ günü, əbədi ilk baharındır.Ötüb Səbayelin binalarındanDeyir, sənətimə bəzəkdir insan!Oxşayır Bakını əsərləriləOnun fəxr edirəm alın tərilə;Xəzər sahili.Gecə yarıdır.Həmdəmim yurdumun insanlarıdır.Əziz gəncliyimin doğma şəhəriMəni cəlb eləyir axşamdan bəri.Mümkünmü şairə baxıb dalmamaq?Mümkünmü Bakıdan ilham almamaq?Önümdə oynaşır xırda ləpələr,Xəzər sahilində gəzir bir Xəzər...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-baki-2
Use ← → keys to move, R for a random poem