İlham rübabımı dindirim yenə,Ürəkdən bir onu çalım, deyirəm.Ötsün aşiqlərin sədaqətindənSarı simlərdəki xalım, deyirəm.Yazım qüdrətini ana yurdumun,Dərin xəyallara dalım, deyirəm.Qaraqaş, qaragöz şux gözəllərin

Camalından ilham alım, deyirəm.Vətən torpağında yaşıl bir ağac,Ətirli gül, çiçək olum, deyirəm.Etibardan yazım, əməldən yazımYenə öz əhdimdə qalım, deyirəm.Dolanım başına vəfalı yarın,Onun qadasını alım, deyirəm...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love