Gördüm
Bu gün şərq elinin üfüqlərindəBir şəfəq çöhrəli ulduzu gördüm.Azadlıq bağında min bir fərəhləƏlində al bayraq el qızı gördüm.
Keçmişdə ağlardı yurdumda hər kəs,İnsan bir quş idi, həyat bir qəfəs.İndi ötüb, gedib həzin, yanıq səs,Zülmətli yollarda nur izi gördüm.
Zalımlar qan ağlar – vəhşət görünməz,İnsan azad yaşar, zillət görünməz,Şərq elində bu gün zülmət görünməz,Ölkəmi bəzənmiş qırmızı gördüm.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-gordum
Use ← → keys to move, R for a random poem