Sazımın yerindən as yarağımı
Başına döndüyüm qaragöz pəri,İpək paltarını gətir gəl bəri!Çıxar əynindəki tozlu şineli,Qoy kəmər sıxmasın o incə beli.Mənim də sazımı götür divardan,Dil açsın xallarım vəfalı yardan.Olsun qismətimiz əbədi vüsal,Bu cəbhə dostumu – tüfəngimi al!Al dedim, muzeyə vermə, sevgilim,Onu səliqəylə bük yenə saxla,Divardan asmadan silahı yağla.Belədir quruluş, belədir həyat;İgidin altında bir yəhərli at,Çiynində bir silah, bir saz olmalı;Hər işi yerində taraz olmalı.Başına döndüyüm qara gözlü yar!Getdi möhnət dolu həsrətli çağlar.Çıxar əynindəki tozlu şineli,Qoy kəmər sıxmasın o incə beli.Box şinel sadədir, deyilsə tirmə,Saxla ehtiyatla, muzeyə vermə,Mənim də qoruyub o, novrağımı,Sazımın yerindən as yarağımı!
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-sazimin-yerinden-as-yaragimi
Use ← → keys to move, R for a random poem
More by this author
Təzə bina tikdirib Təbrizdə ərbab yenə...Bu ev tənələr vurur şəhərin evlərinə.
BarışmayırsanTəbriz...Hava qaralır,
CavabNə üçün bilməyirəm məndən üz döndərmisən?Unutsunmu deyirsən könlüm keçən günləri?!
Pol Robsona məktubMən görməmişdim səni uşaqlıq zamanındaAğların pəncəsində ömrün dara düşəndə.