Pol Robsona məktub
Mən görməmişdim səni uşaqlıq zamanındaAğların pəncəsində ömrün dara düşəndə.Cavanlıq illərində olmasam da yanındaMehriban dostlar kimi əl verdik görüşəndə.
Moskvada keçən il etdilər tanış biziAleksandr Puşkinin təntənə gecəsində.Mübariz insanların duydum iradəsiniSənin əzəmət dolu o mərdanə səsində.
Moskvada – əməllər, arzular şəhərində,Mənim zənci qardaşım, beş-on gün şad oxudun.Sülhün istinadgahı o bahar şəhərindəBöhtandan, iftiradan, qəmdən azad oxudun.
Bir gün qayıtdın geri, ümmanlardan uzağa,Döndüm Azərbaycana, mən də odlar elinə.Sən geri qayıdanda o bəlalı torpağa,Yenə qıfıl vurdular ağ adamlar dilinə.
Eşitmişəm yamandır bu günlər vəziyyətin;Acından ölməməkçün öz evini satırsan.Əsarətə salınmış eşqin, duyğun, sənətin,Göyərçin gülüşlərin uçmuşdur dodağından.
Bilirəm, Amerikada bu gün yamandır halın,Həyat nəğmələrini qandallayırlar sənin.Əmr edib qanlı polis – cəlladı istiqbalın,Atdığı addımları hətta sayırlar sənin.
Keçdin hansı döngədən, hansı binaya girdin,Neçə yol qəmlənmisən, neçə dəfə gülmüsən,Kimlərə mehribansan, kimlərdən üz çevirdin,Kiminlə son loxmanı məhəbbətlə bölmüsən, –Xəfiyyələr dəftərə qeyd eləyir xəlvəti,Cinayət hərisləri sevirlər bu “xidməti”.Sən, xəstə bir zəncinin daxmasına gəlməmişPolisə bildirirlər telefonla yerini.Ağalar xəyalında asır qeyz ilə dardanSəadətə çağıran döyüş nəğmələrini.
Tutdururlar gülləyə sənin odlu sözünü,İyirmi addım kənar “azadlıq heykəli”ndən.Bəlkə sabah zindana salacaqlar özünü,Bəlkə sabah yırtıcı bir xainin əlindənSən də zərbə alarsan əziz Tolyatti kimi.Deyirsən ki: “Nə vardır şanlı, şərəfli olsunMeydanda həlak olan əsgər həyatı kimi”.
Deyirsən ki: “Bilirəm vurdular Tokudanı,Qanına qərq elədi Juleni xain əllər;Sülhün əsgərlərinin tökülsə də al qanıBoğulmayacaq azad düşüncələr, əməllər”.
Tanıyıram mən səni, sülhün dönməz saldatı!Sarsıtmaz iradəni ağ evin zindanları.Sən görmək istəyirsən azad bu kainatı,Tükənməz bir eşq ilə sevirsən insanları.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-pol-robsona-mektub
Use ← → keys to move, R for a random poem
More by this author
Mən səni ilham alıb təsvir etmədim ancaqZil-qara xallılar tək;
Gözəl var ki...Gözəl var ki, boyalıdır,Gözəl də var boyasızdır.
GecəGecədir, cəzb eləyir göy məni, hilal məni,Çəkib, çəkib aparır sevgilim xəyal məni.
Mən həmən ağacam, sən həmən baharBir ağac görmüşdüm yol üzərində,Dayanıb dururdu sakit yerində.
Poems by other poets
Genə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Şahmat oyunu haqqındaBiri şah, biri vəzir və ikisi fildir,İki at və iki qala şaha kəfildir.
Ayrılma o sarıAyrılma o sarı,yox sapsarı yağışa açılmış pəncərədən.
Xəbər verSəndən xəbər alım, Aşıq Ələsgər,Doqquz nədi, sənətindən xəbər ver?!