Ay qız
Sən bir açılmalı təzə qönçəsənMən sənin yarpağın olaydım, ay qız!Nazlısan, sazlısan, tüldən incəsən,Mən sənin növrağın olaydım, ay qız!
Dilin qənd, dodağın məzədir, məzə.Görüm gül camalın gəlməsin gözə.Sən bir yeyilməli balsan – tər-təzə,Mən sənin qaymağın olaydım, ay qız!
Tərlanı olmuşam uca dağların,Rəngi soluxmasın al yanaqların.İnciməsin deyə gül ayaqların –Çəkili başmağın olaydım, ay qız!
Rahim əl çəkərmi öz diləyindən,Ölüb qurtarmadıq yad gileyindən.Sənin asılmağa ağ biləyindənQızılı qolbağın olaydım, ay qız!
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-ay-qiz-2
Use ← → keys to move, R for a random poem
More by this author
Səhər-səhər tənəkdən təzə üzüm dərmisən,Doldurub yeşiklərə, Bakıya göndərmisən.
GəlsinQurduğum məclisə istəyim budur:Kimdə varsa vəfa, sədaqət, gəlsin.
Məhəbbətin gətirdiSadə qız, bir ay olar xam torpağa gəlmişik,Yuxusundan çölləri oyatmağa gəlmişik.
OlacaqA yoldaşlar, yeddiillik bahardaBar gətirən təzə bağlar olacaq;