Sadə qız, bir ay olar xam torpağa gəlmişik,Yuxusundan çölləri oyatmağa gəlmişik.

Mən traktor sürənəm,Sən də işıq çəkənsən.A gözəl, həyat qızıÜzügülər və şənsən.

O gün qoşa çıxarkən təbiətin seyrinəŞirin söhbət elədik... Üzünü tutub mənəDedin ki: “Çox sevirəm bu qara torpaqları.Gəldim ilk otaqlarıÇıraqban eləməkçün tel çəkim, işıq verim.Təzə aləm yaranır, mən də hünər göstərim.Gəncliyin qabağında, dedin yollar açıqdır.Ancaq hələ burada hər tərəf alaçıqdır.Yoxdur geniş küçəli, uca evlərdən əsərHər şey tamam yenidən yaradılır... Müxtəsər”.

Bir de görüm o yerdən,Əzəmətli-şəhərdənSəni xam torpaqlaraNə həvəsdir gətirən?..Ay qız, cavabım budur:Bizi qanadlandıranBir eşq, bir arzudur.

Sən həvəslə işıq çək birinci otaqlara,Mən də yoldaşlarımla can verim torpaqlara.Görürsən, dalğalanır sünbüllər dəniz-dəniz,Görürsən, adam boyu hər yan qarğıdalıdır.Sülhsevər ölkələrlə dostluq eləyirik biz,Yurdumuzu qumaşa bəzəyən öz malıdır.

Belə xoşbəxt zamanda,Bu fərəhli dövrandaMəni, xam torpaqlara, a dilimin nəğməsiArzuların çağrışı xeyli mətin gətirdi.Yeni həyat qurmağın, yaratmağın həvəsi,Bir də ki, sənin şirin məhəbbətin gətirdi”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland