Samux meşəsində
Maşınlarla keçirik biz Samux meşəsindən,Burda qulaq tutulur motorların səsindən.Mühəndis deyir belə:– Bir il sonra bu dərəÇevriləcəkdir gölə,Keçdiyimiz bu yerəTəzə məcrasilə biz ötürən zaman Kürü,Su altında qalacaq ağaclar, qayalıqlar.
Haman göldə arxayın süzüb tökəcək kürü,Yurdumuzun neməti gözəl qızıl balıqlar.İndi bu seyr etdiyin,Sinəsində getdiyinMeşədə gələn fəsilSüzüb gəmi gəzəcək;Yanaqları qırmızı,Öcək kəndinin qızıBu aləmi gəzəcəkTarladan qayıdandaSərin axşam çağları,Nəğmə deyəcək onaSuların dodaqları.Qulaq asdım dostumun könül açan sözünə,Daldım vətən mülkünün meşəsinə, düzünə;Xəyal məni qopardı,Uzaqlara apardı.(Şirin xəyal şairin arabir həmdəmidir)Sandım ki, maşın deyil, mindiyimiz gəmidir.Sandım ki, yanımdadır yanaqları qırmızı,Öcək kəndinin qızı.Suların üzərindən meh əsir sərin-sərin,Üzlərini oxşayır azad sərnişinlərin.Ürəyimiz fərəhliSevimli yurdumuz tək.Sonsuz nəşəmiz kimiKür də axır sevincək;Axır xeyli mehriban,Uzaqlara çağlayır,Çölləri qucaqlayır.Gün dəydikcə parlayırGümüş bir kəmər kimi,Axır dərin, mənalıŞirin nəğmələr kimi.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-samux-mesesinde
Use ← → keys to move, R for a random poem
More by this author
Bağda bir qonşumuz, xəstə qarı var,Yaşı, səhv etməsəm, doxsan beş olar.
Oğlan günəşə döndüNə müddətdi ki, oğlan sevirdi qonşu qızı,Dünyalardan tuturdu üstün həmən bu qızı.
Dostun istəyiBir dost dedi dünən mənə:Şair ümman olum – deyir.
Sən, bu nisyandan çəkinDeyirlər mənə, Rahim,Məqsədə yetməyirsən.
Poems by other poets
Başına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
Hicran ilə kim, daməni-qəm dəstrəsimdirHicran ilə kim, daməni-qəm dəstrəsimdir,Şadəm ki, xəyalın, gözəlim, həmnəfəsimdir.
Mana cövrü cəfa qılmaq, deyil cananələrdəndirMana cövrü cəfa qılmaq, deyil cananələrdəndir,Yaman yoldaşilən yar olma ki, nadanələrdəndir.
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.