Yaşamaq eşqi
Torpaq dedim, insan dedim,Hər cümlənin başında mən.Hey daşıdım bu dostlarıÖz qəlbimdə, başımda mən...
Zaman-zaman səfər etdim,Gah yaxına, gah uzağa;Göyə çıxdım, aya çıxdım,Yenə döndüm bu torpağa.
Torpaq dedim, insan dedimMən qələmə əl atanda,Çünki duydum qüdrətimiBu torpaqda, bir insanda...
Gün diləyə darlıq edir,Əziz tutun ömrü barı!Çünki bizim insanların,Çox böyükdür arzuları...
Əməyimiz bəhrə verər,Zəhmətimiz getməz hədər...Torpaq üçün, insan üçünDəyərimiz varsa əgər.
Təbiətdən, cəmiyyətdənBir balaca xahişim var:ömrü, günü uzatsınlar!Əlbir olub onlar məni,Altmış il yaşatmışlar.Əlli il də yaşatsınlar!Bakı, 1965
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-yasamaq-esqi
Use ← → keys to move, R for a random poem