Oylağımda boran qopdu bir zaman,Dağ başını qar almağa başladı.Qanadından yaralandı laçınım,Turacımı sar almağa başladı.

Qapımızı döydü qara bir külək,Bağçamızda nə gül qoydu, nə çiçək;Payız fəsli şaxta vurmuş xəzəl tək,İrzi-rəngim saralmağa başladı.

Zaman gəldi... üzümüzə doğdu gün,Çiçəkləndi ilk baharı ömrümün,Busat qurdu hər məhlədə toy, düğün –Yar könlünü yar almağa başladı.

Güclü nə var bu dünyada el kimi?Könlüm simi ötdü gümüş tel kimi,Dövlət, nemət, qaynadıqca sel kimiYeri-yurdu var almağa başladı.

Qocalığı heç qaxmayın başıma,Yeni çatır ömrüm əlli yaşına.Ağ gün çəkdi sağ əlini başımaAğ saçlarım qaralmağa başladı.Qazax, 17 dekabr, 1955

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring