– Bəxtəvər gör necə cavan qalıbdır –Biri baxıb qibtə edirdi mənə:Əllinci illərdə necə görmüşdüm,Əsla dəyişməmiş, elədir yenə...

Dedim ki, eşitdim deyilənləri, –Mən azca təmkinlə, azca vüqarla.Yolumda bir anlıq ayaq saxlayıb,Ona cavab verdim bu misralarla:

Bunun bir sirri var, bilsəydin əgər,Bəlkə də sən məni təqlid edərdin.Dərd ağır bir yüklə bizə gələndə,Özünə yüklədim dərdini dərdin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets