Nə istəsə uşaqlar bizim bağçamızda var
Bağçadır bir yanımız,İçi güllü, çiçəkli.Bir yanda bostanımız,Yemişli, xəlvirəkli.Bağçamız aşıb daşır,
Meyvələr ağırlaşır,Şirə yığır özünə.Əyilir gündən-günə.Ağacların budağı.Almaların yanağıQızarıb nara dönmüş,Şirin nübara dönmüş.Budaqlar əyib yıxır,Heyvalar tükdən çıxır.Çoxdan dərilmiş xiyar,Saralır göy qovunlar.Hulu dolur, sulanır,Xuni qarpız zağlanır.Bir tağın altına bax:Şamama zolaq-zolaq,Xal açır öz tağında..İlin payız çağında.Nə istəsə uşaqlar,Bizim bağçamızda var.
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-ne-istese-usaqlar-bizim-bagcamizda-var
Use ← → keys to move, R for a random poem
More by this author
Ayağım torpaqdan üzülsə bir günDüşərəm taqətdən, düşərəm əldən,
Məhəbbət fəsliElə ki, yaz gəlir canlanır həyat –Min məna kəsb edir süzgün baxışlar...
Dağ və təpəDağa – dağ deyirlər, çünki o dağdır!Yenidən boy atıb təpə – dağ olmaz!
Torpaq və suBöyüklük ucalıq, əzəmət, vüqarMüdam heyran edir, insanı heyran!
Poems by other poets · Nature and spring
Ey gül, rəhmin kəsmə məndən,Valehü heyranınam mən.
Sonuncu kibrit çöpüSözümüz çəp gəldi şoferlə birdən,Maşını saxladıb düşdüm yerə mən.
VətənMən dərmişəm bənövşəni, nərgizini bahar çağı,Mən görmüşəm sinəndəki laləzarı, buz bulağı
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.