Ayağım torpaqdan üzülsə bir günDüşərəm taqətdən, düşərəm əldən,Mən ağ günlərimi ağ buludda yox,Bu qara torpaqda gəzdim, əzəldən.

Təbiət böyükdür, zəngindir, lakinŞeriyyət aləmi daha genişdir –Biz elə dostuq ki, hələ o məndən,Bircə sirrini də gizlətməmişdir.

Buyurun, şərh edim bircə çiçəkdəMüxtəlif rəngini, ətrini yerin...Bunun əvəzində, yazları siz də,Mənə bircə dəstə bənövşə verin!..Bakı, mart, 1968

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring