Səni bağda görən güllər pərdə çəkdi üzünə,Reyhan zünnar bağlamağı rəva gördü özünə.

Xəcalətdən qızıl qandır qönçələrin niqabı,Utanırlar, hüsnün salıb lalələri bu gunə.

Sən ətirli saçlarını qulac-qulac açanda,Bənövşələr ismətindən köçüb getdi sürgünə.

Haray çəkən süsən-sünbül susdu, birdən lal oldu,O ərğəvan cəmalından şölə düşdü hüsnünə.

Nərgiz sənin bazarından çoxdan çəkib gözünü.Tamarzıdır, sözün varsa, yanaş şəbbu gülünə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nizamini dinləyəndə bülbül kəsdi cəh-cəhi,Çırpdı özün dönə-dönə bu şerin hər sözünə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring