Ey uğurlu qasid, bir xəbər yetir:Hardadır, necədir mənim nigarım?

Mənim canım üzük, ürəyim yetim,Neynir, nə düşünür o işvəkarım?

Ceyran baxışları yarıyuxulu,Mənim sünbül saçlım, çeşmi-xumarım!

Şəkər çeşməsinə təşnədir aləm,Çəkilib küncünə bir laləzarın...

Mənim dost tutduğum düşmənimdir o,Əzizim, istəklim, fəxrim, vüqarım!

Mən ki gecə-gündüz od içindəyəm,Gülün üstündəmi bal çəkən arım?!

Qanımı içsə də, suçlu bilmərəm,Əhdindən dönməkdə necədir yarım?

Ömründə bircə yol soruşmadı ki,Hanı o divanəm, o qırıq tarım?

Maqta — the closing couplet bearing the poet’s pen name. Dərdindən Nizami Yəquba döndü,Bildimi Yusifim, dövlətim, varım?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love