Ağacda xəzəl ağlarDibində gözəl ağlar...

Düşən nəydi -nə yarpaqdı, nə yaşdı,Bunun hansı qızdı, hansı ağacdı?Qız ağaca, ağac qıza qarışdı,Kirpikləri yarpaqladı bu qızın.

Qızlıq donu yarpaqlardan biçildi,Kimi sevdi, kim götürüb qaçırdı?Ağ köynəyi düymə-düymə açıldı,Qara baxtın kim bağladı bu qızın?

Dindirdilər, bir dərdimiz min oldu,Nəğmə oldu, kitab oldu, din oldu,O ağaca balta vuran kim oldu,Kim gözünü torpaqladı bu qızın?!.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love