Əgər geri dönə bilsən
Əgər geri dönə bilsən,hansı yaşa dönərsən?Qanad çalıb illər üstənuçan quşa dönərsən.
Bircə qarış sağ-salamatyer tapmazsan qonmağa.Dəli kimi gah o başa,gah bu başa dönərsən.
Dərddən ulaya-ulayaqalarsan göy üzündə.Və beləcə, ya duaya,ya qarğışa dönərsən.
…Yolunu get, yola baxma,Bu ömürdü, fala baxma,Baxma, dönüb dala baxma,baxsan daşa dönərsən…
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-eger-geri-done-bilsen
Use ← → keys to move, R for a random poem