Səninkidi bu pəncərə
Səninkidi bu pəncərə,İpək pərdəsi tərpənir.Pəncərəndə özgəsininQara kölgəsi tərpənir.
Keçib soldan-sağdan indi,Baxıram uzaqdan indi,Mən çəkdiyim ahdan indiDünyanın üzü tərpənir.
Tərpənir otu-yarpağı,Tərpənir daşı-torpağı,Yerdən göyə uçur ahım,Ayı-ulduzu tərpənir.
Tərpənir qapın-pəncərən,Diksinib baxırsan çölə;Zəlzələdi, yoxsa eləPəncərən özü tərpənir?1..
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-seninkidi-bu-pencere
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
Yar alan könülQəm-qüssədən uzaq olur həmişə,Qəlbini nazənin yar alan könül.